Kifayət Qasımova: Zədəm əziyyət versə də, tatamiyə çıxmağa məcburam
27.05.2010 - 11:51
“Çətin günlərimi geridə qoymuşam. Düzdür, zədəm hələ əziyyət versə də, artıq tatamiyə çıxmağa məcburam. Bunu məşqçilərimiz də tələb edir. Mən özüm də döyüşə çıxmaq üçün çox darıxmışam. Çünki müəyyən fasilədən sonra hazırlığım məhz beynəlxalq yarışlarda üzə çıxacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında cüdo üzrə Avropa çempionumuz Kifayət Qasımova bildirib.
57 kq çəki dərəcəsində yığmamızın 1 nömrəsi olan cüdoçu Estoniyada təşkil ediləcək Dünya kubokundan London Olimpiadasına xal yığmağa başlayacaq: “İyunun 12-13-də Estoniyada keçiriləcək Dünya kubokunda qüvvəmi sınayacağam. London-2012-yə lisenziya verən əvvəlki turnirdə iştirak etməsəm də, bu dəfə güləşəcəyəm. Çünki yarışlar davam edir və burada xal yığmaq lazımdır. Uğur qazanacağıma inanıram. Artıq məşqlərdə də yoxlama döyüşləri keçirməyə başlamışam. Ən böyük arzuma çatmaq - Olimpiya çempionu olmaq üçün ilk növbədə belə turnirdə möhtəşəm Oyunlara lisenziya xalları toplamalıyam”.
Qeyd edək ki, Kifayət Qasımova mayın 15-16-da Misirdə keçirilən Dünya kubokunda iştirak etmək üçün bu ölkəyə yollansa da, zədəsini tam sağaltmadığı üçün döyüşə çıxmamışdı.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0