Rəşad Sadıqov üçün nümunə: “Balta”
01.06.2010 - 09:38
Dünya çempionatının final mərhələsinə hazırlaşan CAR yığması növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, mundialın təşkilatçılarının Qvatemala ilə qarşılaşması afrikalılar üçün əlamətdar olub. Belə ki, Bafana-Bafananın kapitanı Aaron Mokoena yığmada 100-cü yubiley oyununu keçirib. 29 yaşlı futbolçu buna nail olan ilk CAR-lı kimi tarixə düşüb.
Qeyd edək ki, “Balta” ləqəbli müdafiəçinin bu göstəricisi Azərbaycan yığması üçün nümunə ola bilər. Çünki indiyədək yığmamızın heç bir oyunçusu 100 oyun həddinə çatmayıb. Hamıdan çox – 80 oyun keçirən Aslan Kərimov artıq karyerasının qürub çağlarını yaşayır. Yığma karyerasını davam etdirənlərdən isə “Balta”ya çatmağa ən real namizəd Rəşad Sadıqovdur. 28 yaşlı kapitanımız 60 dəfə milli forma geyinib.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0