Cənubi amerikalılar coşdu, “Qalatasaray”lı sevindi
03.06.2010 - 10:36
Dünya çempionatının final mərhələsinə hazırlaşan milli komandalar növbəti yoxlama oyunlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasını sınağa çəkən Honduras yığması kimi Braziliya, Yunanıstan, Paraqvay və Serbiya da mundial ərəfəsində növbəti matçına çıxıb. Ümumilikdə isə gün ərzində yığmaların iştirakı ilə 8 qarşılaşma keçirilib ki, bu görüşlər məhsuldarlığın aşağı olması ilə diqqət çəkib. Vurulan 9 qolun yarıdan çoxu – 5-i isə coşan cənubi amerikalıların payına düşür. Gücünü zəif rəqibə göstərən Braziliya 3, Paraqvay isə 2 qolla azarkeşlərini sevindirib. Sonuncular özləri kimi DÇ iştirakçısı olan yunanları məğlub edib. Braziliyalıların qələbəsində isə Türkiyənin “Qalatasaray” klubunda çıxış edən Elanonun da əməyi olub. O, komandasının sonuncu qolunu vurub. Bir neçə gün əvvəl yığmamızı məğlub edən Makedoniya futbolçuları isə millimizlə oyunda olduğu kimi, Rumıniya ilə matçda da səviyyəsini göstərə bilib – 1:0.
Zimbabve – Braziliya – 0:3
Bastos, 41, Robinyo, 44, Elano, 57
Yunanıstan – Paraqvay – 0:2
Vera, 9, Barrios, 25
Honduras – Azərbaycan – 0:0
Norveç – Ukrayna – 0:1
Zozulya, 78
Rumıniya – Makedoniya – 0:1
Sikov, 27
Belarus – İsveç – 0:1
Vilhelmson, 48
Albaniya – Andorra – 1:0
Salihi, 44
Serbiya – Polşa – 0:0
Zimbabve – Braziliya – 0:3
Bastos, 41, Robinyo, 44, Elano, 57
Yunanıstan – Paraqvay – 0:2
Vera, 9, Barrios, 25
Honduras – Azərbaycan – 0:0
Norveç – Ukrayna – 0:1
Zozulya, 78
Rumıniya – Makedoniya – 0:1
Sikov, 27
Belarus – İsveç – 0:1
Vilhelmson, 48
Albaniya – Andorra – 1:0
Salihi, 44
Serbiya – Polşa – 0:0
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0