Olimpiya çempionu qızıl medalını 62 ildən sonra aldı
10.06.2010 - 09:57
Belçikalı velosipedçi Ejen Van Rusbrok Olimpiya Oyunlarında qazandığı qızıl medalına 62 ildən sonra sahib olub. Apasport.az saytının məlumatına görə, London-1948-də finiş xəttinə birinci çatan idmançıya medalı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq şəxsən təqdim edib.
Hazırda 82 yaşı olan Rusbrok bildirib ki, həmin vaxt nəticələrin hesablanması çox vaxt apardığından qalib elan olunmayıb. Yarışda isə mükafatlandırılma mərasimində iştirak etməyən yeganə “bəxtsizlər” məhz onlar olublar.
Qeyd edək ki, bu növdə mübarizə aparan idmançılar finiş xəttinə çatdıqdan sonra idmançıları avtobusa dolduraraq Olimpiya kəndindən çıxarıblar.

- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0