Fray mundialdan kənarda qala bilər
10.06.2010 - 13:27
Sabah Cənubi Afrika Respublikasında start götürəcək dünya çempionatında iştirak edəcək yığmalar itki verməkdə davam edirlər. Apasport.az saytının məlumatına görə, “qara qitə”də keçirilən mundialda qüvvəsini sınamaq arzusu isveçrəli Aleksandr Frayın da ürəyində qala bilər. Belə ki, o komanda səfərə yollanmamışdan əvvəl vətəndə baş tutan son məşqdə Stiv fon Bergenlə mübarizədə zədələnib.
Bu zədə İsveçrənin baş məşqçisi Otmar Hitsfeldi də narahat edir. Almaniyalı mütəxəssis yerli mətbuata verdiyi açıqlamasında futbolçu ilə bağlı son qərarın verilmədiyini və onun böyük ehtimalla CAR-a aparılacağını bildirib. Məşqçinin sözlərinə görə, futbolçunun taleyinə təkrar müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, “Bakı” ilə Avropa Liqasında “Bazel”in heyətində hər iki oyunda meydana çıxan Fray Avropa çempionatının final mərhələsində də ilk görüşdə zədələnərək yarışı yarımçıq başa vurmuşdu.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0