Suares: Bizi “Allahın əli” xilas etdi - FOTO
03.07.2010 - 12:20
“İndi özümə gəlməyə çalışıram. Bu, mənə psixoloji cəhətdən güclü zərbə oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Qana yığmasının hücumçusu Asamoa Qyan deyib.
Komandasının DÇ-2010-da bombardiri olan Qyan Uruqvayla 1/4 final oyununun son saniyələrində penalti zərbəsinin dəqiq yerinə yetirə bilməməklə, antiqəhrəman oldu. Düzdür, Asamoa Serbiya və Avstraliya ilə qrup mərhələsi görüşlərində olduğu kimi, oyun sonrası penaltini dəqiq yerinə yetirsə də, məsul anda büdrəməsi ilə hər şeyin üstündən xətt çəkdi: “Mən 120-ci dəqiqdə penalti zərbəsini vurmağa özümdə cəsarət tapdım. Bu, mənim üçün normaldır. Ancaq bu dəfə məndə alınmadı. İndi Luis Suares öz ölkəsinin qəhrəmanı olacaq. Top düz qapıya gedirdi, ancaq o, əllə onu qapı xəttindən çıxardı. Mən də penaltini vura bilmədim. Belə də olur...”.
Həmin qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan Uruqvay yığmasının hücumçusu Luis Suares düz qərar qəbul etdiyini düşünür: “Həmin epizodda fikirləşməyə vaxtım az idi. Həlledici anda belə edilməli idi və mən də bu qərarı qəbul etdim. Biz uduza bilərik, ancaq bizi “Allahın əli” xilas etdi. İndi bu, mənə məxsusdur”.
Qeyd edək ki, Qyan penalti zərbəsi ilə qapı tirini nişan aldı.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0