Sneyder Vilyaya çatdı
07.07.2010 - 10:34
2010-cu il dünya çempionatının bombardirlər yarışında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, Hollandiya yığmasının yarımmüdafiəçisi Uesli Sneyder ispaniyalı hücumçu David Vilyanın liderliyinə şərik olub. Bu, Sneyderin yarımfinalda Uruqvayla görüşdə (3:2) vurduğu qol sayəsində gerçəkləşib. İndi hər iki futbolçunun hesabında 5 qol var.
Əslində, çoxları ilk baxışdan Ueslinin mundialda 4 qol vurduğunu düşünə bilər. Ancaq məsələ ondadır ki, Braziliya ilə 1/4 final oyununda Felipo Melo başla avtoqol etsə də, sonradan top Sneyderin ayağına yazıldı. Finala çıxan Uesli Vilya ilə orada görüşə bilər. Hər halda, İspaniya finala ikinci vəsiqə uğrunda bu gün Almaniya ilə oyuna çıxacaq. Davidin iki oyun keçirəcəyini nəzərə alsaq, bombardirlik yarışında Ueslidən daha şanslıdır.
Hollandlarla oyunda fərqlənən Uruqvay yığmasının kapitanı Dieqo Forlan isə vurduğu qolların sayını 4-ə çatdırdı. Düzdür, uruqvaylılar finala çıxa bilməsə də, 3-cü yer uğrunda mübarizə aparacaq. Deməli, Forlan da bombardir olmağa iddiasını davam etdirir.
Qeyd edək ki, mundialın qalan iştirakçılarından Almaniya yığmasının hücumçuları Miroslav Kloze ilə Tomas Müllerin hesabında 4 qol var. Ancaq Müller cəzalı olduğu üçün İspaniya ilə bugünkü görüşdə meydana çıxa bilməyəcək. 4 qol vuranlar arasında Qonsalo İquainlə (Argentina) Robert Vittek (Slovakiya) mundilada mübarizəni dayandırdıqları üçün üstünlüklərini artıra bilməyəcək.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0