Bert van Marveyk: Qoldan əvvəlki epizodu bütün stadion gördü, ancaq hakim yox
12.07.2010 - 10:09
“İspaniya ilə final oyunu heç də asan alınmadı. Bizim qol vurmaq, oynamaq imkanlarımız var idi. Ancaq biz onlardan istifadə edə bilmədik. Elə ispanlar da eyni vəziyyətdə oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Hollandiya yığmasının baş məşqçisi Bert van Marveyk deyib.
DÇ-2010-un finalında İspaniya yığmasına uduzaraq (0:1) gümüş medalla kifayətlənməli olan “narıncılar”ın çalışdırıcısı rəqibin layiqli qələbə qazandığını inkar etmir: “Mən finalı uduzduğumuza görə çox məyusam. Özü də əlavə vaxtda uduzduq. Həmin 30 dəqiqənin əvvəlində qırmızı vərəqə aldıq. Heytinqa meydanı tərk etdi və müdafiəmizdə boş zonalar yarandı. Ancaq obyektiv olacağam, bu gün güclü qalib gəldi. Özü də Aryen Robbenin iki qol imkanı oldu. Xüsusilə ikinci qol vəziyyəti təhlükəli oldu. Həmin vaxt ona qarşı qayda pozuntusu var idi”.
Van Marveyk oyunu idarə edən ingilis baş hakim Hovard Uebbi tənqid edib: “Hamı gördü ki, hakim qoldan bir neçə dəqiqə əvvəl Uesli Sneyderin cərimə zərbəsindən sonra ispanların qapısına künc zərbəsi təyin etməli idi. Bütün stadion buna diqqət yetirdi, ancaq hakim yox. Referi bu epizodu diqqətdən kənarda qoymağa qədər iki dəfə fikirləşməli idi”.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0