“Sparkassen”də uğurlu start
16.07.2010 - 08:55
Almaniyanın Dortmund şəhərində keçirilən şahmat üzrə beynəlxalq “Sparkassen” turnirinin ilk turu azərbaycanlı zəka sahibi üçün uğurlu olub. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda qüvvəsini sınayan Şəhriyar Məmmədyarov (2761) almaniyalı Arkadi Naydiç (2684) üzərində inamlı qələbə qazanıb. Qara fiqurla oynayan qrossmeysterimiz rəqibini 47-ci gedişdə mat edib.
Digər görüşlərdə Ruslan Ponomaryov (Ukrayna, 2734) Peter Lekoya (Macarıstan, 2734) qalib gəlib. Dünya çempionu Vladimir Kramnik (Rusiya, 2790) isə gözlənilmədən zəif Le Kuanq Lyemlə (Vyetnam, 2681) xalları yarı bölüb.
Qeyd edək ki, II turda Məmmədyarov yenə də qara fiqurlarla oynayacaq. Həmyerlimizin rəqibi bu dəfə Leko olacaq.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0