Məmmədyarov heç-heçə ilə kifayətləndi
17.07.2010 - 10:01
Almaniyanın Dortmund şəhərində keçirilən şahmat üzrə beynəlxalq “Sparkassen” turnirində II tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, birinci görüşdə qələbə qazanan Şəhriyar Məmmədyarov (2761) bu dəfə eyni uğuru təkrarlaya bilməyib. Qara fiqurlarla Peter Lekoya (Macarıstan, 2734) qarşı oynayan həmyerlimiz 50-ci gedişdə heç-heçə razılaşıb.
Digər görüşlərdə Ruslan Ponomaryov (Ukrayna, 2734) dünya çempionu Vladimir Kramniki (Rusiya, 2790) mat edib, Le Kuanq Lyem (Vyetnam, 2681) isə Arkadi Naydiçlə (Almaniya, 2684) sülh bağlayıb.
II turdan sonra turnir cədvəlinə 2 xalla Ponomaryov başçılıq edir. Ondan 0,5 xal az toplayan Məmmədyarov ikinci pillədə qərarlaşıb. Üçüncü pilləni aktivində 1 xalı olan Lyem tutur. 0,5 xalı olan Kramnik, Leko və Naydiç sonuncudurlar.
Qeyd edək ki, III turda Məmmədyarov ağ fiqurlarla oynayacaq. Qrossmeysterimizin rəqibi Lyem olacaq.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0