Olimpiya mükafatçılarımız fərqli mövqedə
02.05.2011 - 15:31
Beynəlxalq Atıcılıq Federasiyası may ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, son yarışlarda zəif iştirak milli komandamızın üzvlərinin mövqelərində dəyişikliklə müşahidə olunub. Onlardan bəziləri gerilədikləri halda, digərləri irəliləyiblər.
Belə ki, Olimpiya mükafatçımız, güllə atıcılığı üzrə yığmamızın baş məşqçisi İradə Aşumova daha çox aşağı yuvarlanıb. O, 10 m atəşaçmada 10 rəqibini qabağa buraxaraq, 50-ci yerdə qərarlaşıb. 25 m məsafəyə atəşaçmada isə təcrübəli snayperimiz 25-ci yeri 29-a dəyişib.
Aşumovanın oğlu Ruslan Lunyov isə həm 10, həm də 25 m məsafəyə atəş açmaqda 41-cidir.
Sidney-2000-in qalibi Zemfira Meftəhaddinova 1 pillə irəliləyib. Stend atıcılığının skit növündə mübarizə aparan təmsilçimiz 16-cı yerə yüksəlib.
Bu növdə ölkəmizi təmsil edən Nurlana Cəfərova 27-ci (+3), Regina Meftəhaddinova isə 51-ci (-5) pillədədirlər.
Kişi atıcılar arasında London-2012-yə lisenziya qazanmaqda iddialı olan Emin Cəfərov aşağı düşüb. Skit növündə mübarizə aparan snayperimiz 4 pillə geriləyərək 35-ci yerə enib.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0