10 boksçumuz yarımfinalda
13.05.2011 - 09:04
Bakı İdman Sarayında mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında boks turnirində yarımfinalçıların adları məlum olub. Apasport.az saytının məlumatına görə, həmyerlilərimizdən Araz Gülməmmədov, Elnur Şəfizadə (hər ikisi 46 kq), Eyvaz Əsgərli, Məsud Yusifzadə (hər ikisi 48 kq), Mətin İsmayılov (50 kq), Malik Muradov, Nadir Haqverdiyev (hər ikisi 52 kq), Nurlan Nağıyev (57 kq), Telman Qafarlı (60 kq) və Orxan Fərzəliyev (66 kq) 1/4 final mərhələsinin görüşlərini qələbə ilə başa vurublar.
Boksçularımızdan Mətin İsmayılov komanda yoldaşı – Orxan Əliyevi böyük üstünlüklə məğlub edib. 60 kq çəki dərəcəsində mübarizə aparan Səbuhi Abbaszadə isə Türkiyə nümayəndəsi Mehmet Atəşin zərbələri qarşısında görüşü sonadək davam etdirə bilməyib. 11 ölkənin dəri əlcək ustalarının mübarizə apardığı yarışda bu gün yarımfinal döyüşləri keçiriləcək. Turnirə mayın 14-də yekun vurulacaq.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0