Qazaxıstan yığmasının kapitanı da zədələndi
19.05.2011 - 11:08
Qazaxıstan millisinin yeni kapitanı təyin edilmək Andrey Karpoviç üçün düşərli olmayıb. Apasport.az saytının məlumatına görə, yığmanın çexiyalı baş məşqçisi Miroslav Beranek Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də Azərbaycanla Astanadakı görüşə kapitan təyin etdiyi futbolçunun xidmətindən yararlana bilməyəcək.
Belə ki, Astana “Lokomotiv”inin 30 yaşlı yarımmüdafiəçisi köhnə zədəsinin əziyyətini çəkir. O, hələ martda Superkubok oyunundan sonra aldığı zədədən sonra sağalaraq, ümumi qrup halında çalışırdı. Ancaq Andrey məşqlərin birində dizində ağrılar hiss edib. Müayinə onun menisk probleminin və əməliyyata ehtiyac olduğunu göstərib.
Qeyd edək ki, bu, rəqibdə millimizlə oyun öncəsi 2-ci ciddi itkidir. Bundan əlavə, Qazaxıstan yığmasının əsas qapıçısı David Loriya zədə üzündən uzun müddət sıradan çıxmışdı.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0