Sxadadze ilə Rednik arasında 1 saat fərq
22.05.2011 - 11:24
NBC Bank Azərbaycan kubokunun finalında qarşılaşacaq "İnter" və "Xəzər Lənkəran" klubları mayın 23-də oyun öncəsi son məşqlərini keçirəcəklər. Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda saat 19:00-dan etibarən ilk olaraq "İnter" klubu hazırlıq keçəcək. Saat 20:00-da isə "Xəzər Lənkəran" klubunun məşqi baş tutacaq.
Hər iki komandanın üzvləri məşqdən öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransında KİV nümayəndələrinin suallarını cavablandıracaq. "İnter" komandasının baş məşqçisi Kaxaber Sxadadze və kapitan Vladimir Levinin iştirak edəcəyi mətbuat konfransı saat 18:40-da keçiriləcək. "Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik və kapitan Kamran Ağayevin qatılacağı mətbuat konfransı isə bundan 1 saat gec - 19:40-da başlayacaq.
Mənbə: pfl.az

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0