“Türkiyə yığmasına hər 2 oyunda qalib gəlməliyik”
13.10.2011 - 17:12
“Türkiyə yığmasının bir neçə güclü futbolçusu var. Məsələn, Hamit Altıntop. Oyunlar öncəsi rəqibi daha geniş təhlil edib, öyrənəcəyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Xorvatiya millisinin futbolçusu Tomislav Duymoviç deyib.
Avro-2012-ə çıxmaq uğrunda pley-off mərhələsində Türkiyə yığması ilə düşən xorvatlar 3 il öncə turnirin 1/4 finalında məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar. Moskva “Dinamo”sunda oynayan yarımmüdafiəçi “ay-ulduzlular”ı çətin rəqib sayır: “Bu, yetərincə gənc komandadır. Onun “sükanı arxası”nda Qus Hiddink kimi təcrübəli usta durur. Türklər yaxşı formada olduqlarını göstərdilər. Qrupda uduzdular, ancaq istənilən halda, güclü komandadır. Bizə çətin olacaq. Ancaq hər 2 oyunda qalib gəlməliyik. İlk oyunu səfərdə keçirməyimiz bizim üçün müsbət cəhətdir”.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0