“Turan” – AZAL matçında qalmaqal
15.10.2011 - 23:39
Premyer Liqanın IX turu qalmaqalla start götürüb. Apasport.az saytının xəbərinə görə, turun Tovuzdakı açılış matçı gərginliklə yadda qalıb.
Belə ki, “Turan” – AZAL (0:0) qarşılaşmasında ilk yarının sonlarında baş hakim Ramil Diniyev meydan sahiblərinin futbolçusu Giorgi Beriaşviliyə qırmızı vərəqə göstərib. Amma gürcü legionerin meydandan qovulması yerli futbolçuların etirazına səbəb olub.
Bu səbəbdən “Turan” ikinci hissədə meydana çıxmaq istəməyib. Amma klub prezidenti Musa Süleymanov son anda futbolçuların qərarına qarşı çıxıb.
Onun müdaxiləsindən sonra matçın ikinci hissəsi nəzərdə tutulduğu vaxtdan gec başlayıb.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0