Boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
18.10.2011 - 14:15
Hollandiyanın Rotterdam şəhərində boks üzrə qadınlar arasında Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, sayca səkkizinci dəfə keçirilən qitə çempionatı Hollandiya Boks Federasiyasının yaranmasının 100 illiyinə təsadüf edib.
Yarışların ilk günündə 2 boksçumuz rinqə çıxıb. Əsas medal ümidlərimizdən sayılan Yelena Vıstropovanın yeni çəki dərəcəsindəki çıxışı uğursuz alınıb. Bu dəfə 69 kq çəki dərəcəsində mübarizə aparan milli komandamızın üzvü hollandiyalı Mariçelle de Yonqa 9:12 hesabı ilə məğlub olub.
Yığmamızın digər üzvü Ayzanat Hacıyeva (60 kq) turnirə qələbə ilə başlayıb. Boksçumuz gərgin mübarizə şəraitində keçən döyüşdə yerli idmançı – Cessika Belderi 11:10 hesabı ilə məğlubiyyətə uğradıb. Hacıyeva Avropa çempionatında 2-ci görüşünü keçirəcək. Onun rəqibi sloveniyalı Adreja Bester olacaq.
75 kq çəki dərəcəsindəki təmsilçimiz Leyla Cavadova isə isveçli Anna Laurellə üz-üzə gələcək. Avropa çempionatına oktyabrın 22-də yekun vurulacaq.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0