Yığmamız Avropa kubokunda 4-cü oldu
19.03.2012 - 12:56
Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmə cüdoçular arasında Avropa kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan milli komandası 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.
Cüdoçularımızdan Elnur Abbasov (50 kq) və Hidayət Heydərov (60 kq) bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 50 kq çəki dərəcəsində Sadıq Qurbanov və 57 kq çəki dərəcəsində Əfsanə Hüseynova finalda uduzaraq gümüş medalla kifayətləniblər. Komandamızın heyətində Nəzakət Xəlili (52 kq) isə Avropa kubokunun bürünc medalına layiq görülüb.
Qeyd edək ki, bu nəticə ilə Azərbaycanın millisi 15 ölkə arasında 4-cü olub.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0