Taekvondoçularmız Eyndhovendə 7 medal qazandılar
19.03.2012 - 13:02
Azərbaycan taekvondoçuları Hollandiyanın açıq çempionatında (Dutch Open) uğurla çıxış ediblər. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, idmançılarımız gənclər və böyüklər arasında A kateqoriyalı yarışda 1 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olublar.
Turnirin qalibi İlkin Şahbazovdan (74kq) başqa, böyüklər arasında Samir Aydınov (54 kq) bürünc mükafat qazanıb. Gənclərin yarışında Məcid Sofiyev (45 kq), Ayxan Tağızadə (55 kq) və Pərvin Əliyev (59 kq) ikinci yeri tutublar. Bürünc medalları isə Elmar Bədəlli (48 kq) və Ruslan Abbasov (51 kq) əldə ediblər.
Eyndhovendəki mötəbər yarış, aprelin əvvəlində Misirin Şarm əl-Şeyx şəhərində gənclərin dünya çempionatına və mayın ilk günlərində İngiltərənin Mançester şəhərində böyüklərin Avropa çempionatına hazırlıqları baxımından da önəmli olub.
Qeyd edək ki, olimpiya seçməsinin üzvləri matın 24-25-də İspaniyanın Alikante şəhərində açıq çempionatda (Spanish Open) iştirak edəcəklər.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0