Olimpiya yığmamıza psixoloq cəlb olunacaq
19.03.2012 - 16:52
2012-ci il London Yay Olimpiya Oyunlarınadək boks üzrə Azərbaycan milli komandasına psixoloq cəlb olunacaq. Bu haqda Lent.az-a Azərbaycan Boks Federasiyasının (ABF) I vitse-prezidenti Ağacan Abiyev məlumat verib.
Onun sözlərinə görə, federasiya prezidenti Kəmaləddin Heydərov olimpiadada iştirak edəcək boksçularımızın döyüş hazırlığından əlavə, mənəvi-psixoloji durumunun da lazımi səviyyədə olmasının gərəkliyini bildirib. Bu səbəbdən, K.Heydərov yığmaya psixoloqun cəlb olunmasını məqsədəuyğun sayıb. Hələlik millimizlə kimin işləyəcəyi müəyyənləşməsə də, bu istiqamətdə iş aparılır.
İndiyədək London olimpiadasına 5 boksçumuz – Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq), Soltan Migitinov (75 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) lisenziya qazanıb. Qalan 5 çəkidə (49 kq, 56 kq, 60 kq, 69 kq, 81 kq) vəsiqə uğrunda mübarizə aparacaq boksçularımız martın 26-da açıqlanacaq. Onlar 14 – 23 apreldə Türkiyənin Trabzon şəhərində təşkil olunacaq Avropa təsnifat turnirində yarışacaqlar. Olimpiadaya yollanacaq bütün heyət müəyyənləşdikdən sonra ölkə daxilində, eləcə də İtaliya və Ukraynada digər yığmalarla birgə təlim-məşq toplantıları keçirəcəklər.
Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunları 27 iyul – 12 avqustda olacaq.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0