Kəmaləddin Heydərov WTF-in İcraiyyə Komitəsinin iclasında iştirak edib
04.04.2012 - 08:40
Misirin Şarm-əl-Şeyx şəhərində Ümumdünya Taekvondo Federasiyası (WTF) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Taekvondo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yığıncaqda WTF-in vitse-prezidenti, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov iştirak edib.
İclasda döyüşlərə təbiq edilən yeniliklərə və qarşıdakı rəsmi yarışların təqviminə aydınlıq gətirilib. Belə ki, 2013-cü ildə böyüklər arasında dünya çempionatının Meksikada, dünya kuboku və parataekvondo üzrə IV dünya çempionatının Seneqalda, 2014-cü ildə gənclərin dünya çempionatının isə Tayvanda keçiriləcəyi təsdiqlənib.
Şarm-əl-Şeyx Beynəlxalq Konqres Mərkəzində, WTF-in XXlll Baş Assambleyasında isə Dünya Taekvondo Federasiyası İcraiyyə Komitəsinin qərara aldığı məsələlər açıqlanıb. Təşkilatın 74 ölkəsinin nümayəndələrinin qatıldığı məsul yığıncaqda WTF-in İcraiyyə Komitəsinin üzvü, ATF-in birinci vitse-prezidenti Füzuli Musayev də iştirak edib. Assambleyada əsasnəmənin bəzi bəndlərində nəzərdə tutulan dəyişikliklər səsvermə ilə qəbul olunub. Sonda WTF-in prezidenti doctor Çunqvon Çou, olimpiadaya lisenziya götürən ölkələri təbrik edərək uğurlar arzulayıb.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0