Rauf Rəhimov Rusiyadan çempion kimi qayıdır
09.04.2012 - 08:56
Rusiyanın Anapa şəhərində Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş gənclər arasında boks üzrə beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası yarışda 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub.
81 kq çəki dərəcəsində mübarizə aparan gənclər arasında Avropa çempionu Rauf Rəhimov finalda Qazaxıstan boksçusu Denislam Abdeşevi məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Orxan Mayıllı (75 kq) isə yalnız finalda qazaxıstanlı Daulet Bayqabatova uduzaraq, 2-ci yerə layiq görülüb. 49 kq çəki dərəcəsində yarışan Ceyhun İbrahimli isə Anapadan vətənə bürünc medalla dönüb. 12 ölkənin boksçularının iştirak etdiyi yarışda Azərbaycan ümumkomanda hesabında 5-ci yeri tutub.
Qeyd edək ki, Rusiya 1-ci, Özbəkistan 2-ci, Qazaxıstan isə 3-cü yeri tutub.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0