“Bakı-2020” üçün 494 min imza
11.04.2012 - 11:57
“2011-ci il dekabrın sonlarında Azərbaycanda aparılmış sorğuya qatılanların 95 faizi Bakı şəhərini 2020-ci il Yay Olimpiya Oyunlarına iddiaçı kimi dəstəkləmişdilər. Hazırda aparılan imzatoplama kampaniyasının gedişi isə həmin sorğudakı reallığı əks etdirir”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva deyib.
Nurullayeva bu gün Milli Olimpiya Komitəsində keçirdiyi brifinqdə bildirib ki, hələ də ölkəmizdə davam edən kampaniya nəticəsində iddiaçı şəhər kimi Bakının lehinə 494 min nəfər imza toplanıb. İmzaların 111 mini Bakının, qalanları isə bölgələrin payına düşür.
Nurullayeva “Bakı-2020”nin sosial şəbəkələrdə də aktivliyini vurğulayıb. Onun sözlərinə görə, “Facebook”da 50 mindən çox insan paytaxtımızı dəstəkləyir. Hazırda sosial şəbəkələrdə iddiaçı şəhərlərdən Bakı və Madrid (İspaniya) irəlidədir: “Bizi dəstəkləyən hər kəsə təşəkkür edir və hamını səs verməyə çağırırıq”.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0