Avropa çempionatında daha 2 medal!
12.04.2012 - 08:38
Türkiyənin Antalya şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın 3-cü günündə podiuma çıxan Boyanka Kostova (58 kq) və Əfqan Bayramov (69 kq) hər ikisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Belə ki, birdən qaldırmada 98 kq çəkini ram edən Kostova təkanla qaldırmada 117 kq çəkinin öhdəsindən gəlib. Ümumi toplamda 225 kq çəkini baş üzərinə qaldıran legionerimiz yekunda Avropa çempionu adını qazanıb. O, həmçinin birdən qaldırmada “kişik gümüş”, təkanla qaldırmada isə “kiçik qızıl”a da sahib olub. Bu isə Azərbaycan atletika tarixində yeni səhifə deməkdir. Çünki indiyə kimi heç bir qadın atletimiz Avropa çempionatında himnimizi səsləndirməmişdi.
Kostovanın ardınca podiuma çıxan Bayramov da qitənin ən güclüsü adını qazanıb. İki hərəkətin cəminə görə (143 kq + 178 kq = 331) qızıl medala yiyələnən həmyerlimiz təkanla qaldırmada da bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, Kostova və Bayramovdan öncə Valentin Xristov (56 kq) Avropa çempionu dadını qazanmışdı. Silviya Angelova (48 kq) isə bürünc mükafata sahib çıxmışdı.
Aprelin 16-na kimi davam edəcək yarışda yığmamızın üzvlərindən Alyona Kiriyenko (69 kq), Yuliya Dovqal (+75), Namiq Cəlilov (85 kq) və İntiqam Zairov (94 kq) hələ mübarizəyə qoşulmayıblar.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0