Milli komandamız Çili ilə qarşılaşacaq
18.04.2012 - 23:09
Qadın otüstü hokkey yığmamız baş məşqçi Adil Paşayevin rəhbərliyi altında 18 nəfərlik heyətlə dünən Yaponiyaya yollanıb. Apasport.az saytının xəbərinə görə, səfərdə məqsəd aprelin 25-dən mayın 6-dək Yaponiyanın Kakamegiahara şəhərində keçiriləcək olimpiya təsnifatlı turnirdə iştirak etməkdir.
Turnirdə Azərbaycan da daxil olmaqla 6 komanda London Olimpiadasında iştirak etmək hüququ verən 12-ci (sonuncu) lisenziya uğurunda mübarizə aparacaq. Yığmamız "Gündoğar Ölkə"də yeganə lisenziya uğurunda ev sahibi olan Yaponiya ilə yanaşı, Avstriya, Belarus, Malayziya və Çili ilə mübarizə aparacaq.
Xatırladaq ki, reytinq göstəricisinə görə, Yaponiya yığması turnirin favoriti sayılır, millimiz isə ikincidi.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0