“Fənərbağça”nın sabiq futbolçusu 3 ilədək həbs oluna bilər
27.11.2012 - 18:49
Hazırda Rusiyanın “Spartak” (Moskva) komandasında oynayan Türkiyənin “Fənərbağça” və “Karabükspor” klublarının sabiq futbolçusu Emmanuel Emenike 1 ildən 3 ilədək azadlıqdan məhrum edilə bilər. Lent.az-ın məlumatına görə, belə bir tələblə İstanbul məhkəməsinin dövlət ittihamçısı Ufuk Ermertcan çıxış edib.
Səbəb kimi 2010-2011-ci il mövsümündə Türkiyə çempionatının “Karabükspor” – “Fənərbaxça” oyununda Emenikenin guya zədəsi olduğunu əsas gətirərək meydana bilərəkdən çıxmaması göstərilib. Həmin vaxt hücumçu “Karabükspor”da çıxış edirdi. Mövsümün sonunda isə o, “Fənər”ə keçib və az sonra “Spartak”a satılıb.
Məhkəmə Emenike ilə bağlı qərarı bir müddət sonra çıxaracaq.

- "Bakı–Xankəndi" veloyarışına bu gün yekun vurulacaq
- Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsi ilə bağlı müzakirələr aparılıb
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
0
0