Millimizin rəqibi Çili yığması ilə oynayacaq
19.12.2012 - 16:03
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasının növbəti yoldaşlıq görüşündə rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Fabio Kapellonun çalışdırdığı yığma gələn ilin fevralın 8-də Çili millisi ilə oynayacaq. Bu haqda məlumat verən FİFA-nın rəsmi saytı matçda meydan sahibinin cənubi amerikalılar olacağını göstərib. Ruslar kimi 2014-cü il dünya çempionatının final mərhələsinə düşməyə çalışan çilililər öz qrupunda 6-cı yerdə gedir.
Qeyd edək ki, millimiz fevralda Dubayda təlim-məşq toplanışında Özbəkistan və Lixtenşteyn yığmaları ilə yoldaşlıq görüşü keçirəcək.
Qeyd edək ki, millimiz fevralda Dubayda təlim-məşq toplanışında Özbəkistan və Lixtenşteyn yığmaları ilə yoldaşlıq görüşü keçirəcək.
- "Bakı–Xankəndi" veloyarışına bu gün yekun vurulacaq
- Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsi ilə bağlı müzakirələr aparılıb
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
0
0