Azərbaycan Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına 5-ci lisenziya qazanıb.
APA-nın məlumatına görə, bu uğura paraatlet Kamil Əliyev nail olub.
Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində paraatletika üzrə dünya çempionatının ilk günündə təmsilçimiz uzunluğa tullanmada (T12) 7,00 m nəticə göstərib. Mundialda üçüncü yerə çıxan K. Əliyev Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına da lisenziyasını rəsmiləşdirib.
Dünya çempionatı noyabrın 15-ə qədər davam edəcək. Növbəti günlərdə digər idmançılarımız da yarışlara qatılacaqlar.
Qeyd edək ki, K. Əliyevdən öncə Kamran Zeynalov, Yelena Taranova (hər ikisi paraatıcı), Elşən Hüseynov (parapauerliftinq) və Roman Saley (paraüzgüçü) də Tokio-2020-yə lisenziyaya yiyələniblər.
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib