Dəniz Aytəkin Bakıya gəlir - Azərbaycan oyunununu idarə etmək üçün
13.11.2019 - 14:00
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Uels oyununun təyinatları açıqlanıb.
APA-nın məlumatına görə, noyabrın 16-da baş tutacaq qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.
“Bakcell Arena”dakı görüşün baş hakimi tanınmış Dəniz Aytəkin olacaq. Onun başçılıq etdiyi briqadada Eduard Beytinger, Rafael Foltin yer alacaq. Dördüncü hakim funksiyasını isə Kristian Dingert yerinə yetirəcək.
Görüşün hakim-inspektoru Sergey Zuyev (Rusiya), UEFA nümayəndəsi Mark Boş (Hollandiya) olacaq.
Qeyd edək ki, Azərbaycan – Uels oyunu saat 21:00-də başlayacaq.
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
0
0