Azərbaycanın yeniyetmə qılıncoynadanları İranın İsfahan şəhərində keçirilən Ruzbeh Sərhanqpurun xatirəsinə həsr olunmuş açıq turnirdə iştirak edib.
Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizlə yanaşı, İran və İraqı təmsil edən şpaqa və rapira üzrə 53 idmançı iştirak edib.
2008-2010 təvəllüdlü qılıncoynadanlar arasında keçirilən yarışda şpaqaçımız Yəhya Məmmədov qızıl medal qazanıb. O, finalda komanda yoldaşı Oqtay Mirzəyevlə qarşılaşıb və 10:3 hesabı ilə qalib gəlib.
Rapiraçıların yarışında Daniel Vestakovas fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təmsilçimiz finalda turnirin yarımfinalına kimi irəliləməyi bacaran İsmayıl Ələkbərzadənini məğlub edən iranlı Fərhad Abbasi ilə üz-üzə gəlib. Qarşılaşma 10:5 hesabı ilə həmyerlimizin xeyrinə başa çatıb.
Digər qılıncoynadanımız Tamerlan Rzayev isə 1/16 finalda uduzub.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib