Almaniyalı sabiq “Formula-1” pilotu Mixael Şumaxer müalicə aldığı İsveçrədən Parisə aparılıb.
APA xəbər verir ki, bu barədə “BFM” telekanalı məlumat yayıb.
Bildirilir ki, M. Şumaxer Parisin cənubunda yerləşən Jorja Pompidou adına xəstəxanaya yerləşdirilib. Əfsanəvi idmançının müalicəsi professor Filipp Menaşe tərəfindən aparılır.
Xatırladaq ki, 2013-cü ilin dekabrında M.Şumaxer Meribeldə dağ xizəyi sürərkən yıxılaraq ağır yaralanıb. Nəticədə pilot beyninin hər iki yarımkürəsinin zədələləri və qanaxması ilə müşayiət olunan kəllə beyin travması alıb. 2014-cü ilin sentyabr ayından etibarən Şumaxer Cenevrə gölünün sahilində yerləşən İsveçrə villasında səhhətini bərpa etməyə çalışır.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək