Peşəkar boksun əfsanəsi Floyd Meyvezer yenidən diqqət mərkəzinə düşüb.
Apasport.az saytının məlumatına görə, son döyüşünü iki il öncə keçirmiş sabiq dünya çempionu bu dəfə rinqdə deyil, gecə klubunda gündəmi zəbt edib.
ABŞ boksçusu Mayami şəhərindəki əyləncə məkanında etdiyi hərəkətlə özündən söz etdirib. Dünyanın ən zəngin idmançılarından sayılan F.Meyvezer pullarını kameralara nümayiş etdirib. O, əyləncə əsnasında 100 min dollarından da keçib. Sabiq boksçu bu qədər məbləği rəqqasələrin başına səpib.
Qeyd edək ki, peşəkar rinqdən məğlub olmadan ayrılan F.Meyvezer 2020-ci ildə yenidən boksa dönəcəyini elan edib.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib