2020-ci ildə Rusiyada təşkil olunacaq şahmat üzrə İddiaçılar turniri və Olimpiadanın yerinin dəyişdirilmək təhlükəsi yoxdur.
Apasport.az saytının məlumatına görə, bu, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) bəyanatında əks olunub.
Ümumdünya Antidopinq Agentliyinin (WADA) Uyğunluq üzrə Komitəsi Rusiyanın 4 illik bütün yarışlardan kənarlaşdırılması və bu müddətdə böyük turnirlərin təşkilatçılığı hüququndan məhrum olunmasını tövsiyə edib. FİDE-nin yaydığı bəyanatda bildirilir ki, WADA-nın İcraiyyə Komitəsi cəza tətbiq etsə belə, adıçəkilən iki yarışa şamil olunmayacaq:
“İddiaçılar turniri və Ümumdünya Şahmat Olimpiadasının 2020-ci ildə təşkil olunması ilə bağlı müqavilələr artıq imzalanıb. Hər iki halda tədbirin təşkili üçün yalnız bir sifariş qəbul olunduğunu nəzərə alsaq, hesab edirik ki, turnirlər WADA-nın istisna hallarına aiddir”.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib