Ümumdünya Antidopinq Agentliyinin (WADA) mümkün cəzası Rusiyanın AVRO-2020-nin final mərhələsinin matçlarını və Çempionlar Liq asının 2020/21 mövsümünün həlledici oyununa ev sahibliyi etməsinə əngəl olmayacaq.
Apasport.az saytının məlumatına görə, bunu agentliyin prezidenti Vitold Banka açıqlayıb.
O bildirib ki, Uyğunluq üzrə Komitəsinin tövsiyəsinə əsasən Rusiyaya 4 illik cəza verilsə, adıçəkilən turnirlərə şamil olunmayacaq: “Komitənin tövsiyələri Rusiyanı əsas idman tədbirlərindən kənarlaşdırmaqla bağlıdır. Belə yarışlara Olimpiya Oyunları, Paralimpiya Oyunları, Avropa Oyunları və dünya çempionatları aiddir. Bir sözlə, çətin ki, sanksiyalar Avropa çempionatının final mərhələsi və Çempionlar Liqasının final matçına təsir etsin”.
Qeyd edək ki, WADA-nın İcraiyyə Komitəsinə Rusiyanın 4 il müddətində bütün idman yarışlarından kənarlaşdırmaq tövsiyə olunub.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib