Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığmamızın üzvləri bu gündən İsraildə təlim-məşq toplanışına başlayıb.
Apasport.az saytının məlumatına görə, böyük məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında 5 pəhləvanımız dekabrın 5-dək yerli komanda ilə birgə paytaxt Təl-Əvivdə hazırlıq prosesi keçəcək.
Qarşı tərəfin dəvəti ilə gerçəkləşən təlim-məşq toplanışında yeniyetmələr arasında dünya çempionu Nihat Məmmədli (55 kq), gənclər arasında Avropa ikincisi və dünya üçüncüsü Əsgər Əlizadə (60 kq), eləcə də Adəm Hacızadə (67 kq), Rauf Əliyev (72 kq) və Murad Əhmədiyev (82 kq) iştirak edəcək.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib