Son günlər Türkiyə mətbuatında Abdullah Avcının "Rizespor"la razılaşdığı və klubun yeni baş məşqçisi olacağı bildirilir.
Apasport.az xəbər verir ki, Avcı bu barədə şəxsi "X" hesabında paylaşım edib.
Təcrübəli mütəxəssis iddiaları yalanlayıb:
“Son günlərdə haqqımda ‘Çaykur Rizespor’la anlaşdığım barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. İctimaiyyətin doğru məlumatlandırılması üçün qeyd edirəm ki, bu iddialar doğru deyil və heç bir görüş baş tutmayıb. Şəhərimin komandası "Rizespor"a uğurlar arzulayıram”.
Xatırladaq ki, Abdullah Avcı son dəfə digər Qara dəniz təmsilçisi "Trabzonspor"un baş məşqçisi olub. "Trabzonspor"la Super Liqa çempionluğu yaşayan Avcı növbəti mövsüm komandadan ayrılıb. Bundan əlavə o, "Beşiktaş", "İstanbul Başakşəhər" və Türkiyə millisi kimi komandalarda da məşqçilik edib.
Qeyd edək ki, yerli mətbuatda Avcının qış fasiləsində "Neftçi"yə keçəcəyi ilə bağlı iddialar var.