Türkiyə Birinci Liqa klublarından "Ankaragücü"ndə baş məşqçi vəzifəsinə iki namizəd müəyyənləşib.
Apasport.az xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi komanda "Neftçi"nin sabiq çalışdırıcısı Adrian Mutu ilə maraqlanır.
Baş məşqçi postuna bir digər namizəd isə Ömer Erdoğandır.
Hər iki məşqçi ilə danışıqlar davam edir. Rəhbərlik qısa müddətdə iki namizəddən biri ilə bağlı qərar verəcək.
2023/24 mövsümünün birinci yarısında "Neftçi"də çalışan Mutu sonuncu dəfə “Kluj”u çalışdırıb. Daha əvvəl "Ankaragücü"nü çalışdıran Ömər Ərdoğan isə son olaraq "Alanyaspor"da işləyib.
- Azər Bağırov: “Bu şəhər futbolla yaşayır”
- “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
- “Şamaxı” Tovuz səfərindən 1 xalla qayıdır - YENİLƏNİB
- Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”