Millimizin heyətində dəyişiklik
13.11.2026 - 21:55
Azərbaycan milli komandasının heyətində Lixtenşteynlə keçiriləcək oyundan öncə dəyişiklik edilib.
Apasport.az xəbər verir ki, 23 nəfərlik heyətə daxil olan Anton Krivotsyuk çənə nahiyəsində yaranmış iltihabi proses səbəbindən millinin heyətindən çıxarılıb.
Qeyd edək ki, Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn yığması ilə qarşılaşacaq. "Reynpark" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
0
0