AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul edilib.
29.05.2026-cı il tarixində II Liqa uğrunda pley-off qarşılaşması olan “Biləsuvar” – “Ağstafa Gəncləri” oyununda “Biləsuvar” komandasının futbolçuları və azarkeşləri arasında münaqişə yarandığına görə “Biləsuvar” komandasına xəbərdarlıq edilsin (maddə 20);
26.05.2026-cı il tarixində AFFA Yüksək Qızlar Liqasının “Sumqayıt FK - Liman UFK” oyununun 78-ci dəqiqəsində Liman UFK komandasının baş məşqçisi Fərid Rəhimov hakimə etiraz etdiyinə görə 2-ci sarı vərəqə alaraq texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
26.05.2026-cı il tarixində AFFA Yüksək Qızlar Liqasının “Sumqayıt FK - Liman UFK” oyunundan sonra Liman UFK komandasının №99 oyunçusu Nahidə Məmmədova hakimə etiraza görə ikinci sarı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyinə görə növbəti 5 (beş) oyuna buraxılmasın. (Maddə 51.2 və 52.4)
26.05.2026-cı il tarixində AFFA Yüksək Qızlar Liqasının “Sumqayıt FK-Liman UFK” oyunundan sonra Liman UFK komandasının №20 oyunçusu Xədicə Əlizadə hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
27.05.2026-cı il tarixində AFFA Yüksək Qızlar Liqasının “Araz-Naxçıvan PFK-Şəfa FK” oyununun 90+2-ci dəqiqəsində Şəfa FK komandasının №18 oyunçusu Aliyə Vəliyeva hakimə etiraz etdiyinə görə 2-ci sarı vərəqə alaraq meydandan meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
27.05.2026-cı il tarixində AFFA Yüksək Qızlar Liqasının “Araz-Naxçıvan PFK-Şəfa FK” oyununun 90+3-cü dəqiqəsində Şəfa FK komandasının komanda meneceri Anar Əliyev hakimə etiraz etdiyinə görə 2-ci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
27.05.2026-cı il tarixində AFFA Yüksək Qızlar Liqasının “Araz-Naxçıvan PFK-Şəfa FK” oyununun 90+2-ci dəqiqəsində Şəfa FK komandasının №7 oyunçusu Arzu Ağaliyeva təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadəyə görə birbaşa qırmızı vərəqə alaraq meydandan meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
AFFA U-16 Qızlar liqasında 28.05.2026 tarixində keçirilməsi nəzərdə tutulan Şəfa FK – Turan Tovuz FK oyunu Şəfa FK komandası tərəfindən həkim briqadası və mühafizə ilə təmin edilmədiyinə görə baş tutmadığı üçün Şəfa FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 57.7 )
AFFA U-16 Qızlar liqasında 31.05.2026 tarixində keçirilmiş Ulduz FA – Təhsil 8 İOEUGİM oyununun 51-ci dəqiqəsində əvəzlənən Ulduz FA komandasının №9 futbolçusu Zəhra Abdullayeva 56-cı dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
AHFF-nin təşkil etdiyi Ölkə çempionatında 30 may 2026 cı il tarixində keçirilən Real FK - Qaradağ Şıxlar oyununda Real FK-nın heyətində iştirak hüququ olmayan oyunçu iştirak etdiyi üçün Real FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 49)
AHFF-nin təşkil etdiyi Ölkə çempionatında 31 may 2026-cı il tarixində keçirilən Aran Beyləqan FK - Füzuli FK oyununda Füzuli FK komandasının heyətində iştirak hüququ olmayan oyunçu iştirak etdiyi üçün Füzuli FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 49)
AHFF-nin təşkil etdiyi Ölkə çempionatında 02 may 2026-cı il tarixində keçirilən Real FK - Gənclər PFM oyununda Real FK komandasının 54N-li oyunçusu Ağayar Mərdanov oyunun 30-cu dəqiqəsində rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
AHFF-nin təşkil etdiyi Ölkə çempionatında 02 may 2026-cı il tarixində keçirilən Real FK - Gənclər PFM oyununda Real FK komandasının 6N-li oyunçusu Nihad Əhmədov oyunun 61-ci dəqiqəsində hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
AHFF-nin təşkil etdiyi Ölkə çempionatında 02 may 2026-cı il tarixində keçirilən Real FK - Gənclər PFM oyununda 02 keçirilən Real FK- Gənclər PFM oyununda Real FK komandasının baş məşqçisi Nahid Səmədov oyunun 63-cü dəqiqəsində Hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
- Meydanın haqqı masa arxasında silinir: “Turan Tovuz” ədalət axtarır
- İçərişəhərdə futbol meydançasının açılışı oldu - VİDEO
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT
- Uğurcan Çakırın ardınca Koxalski: ÇL-da "Qarabağ" izləri
- Taleh Nəsibov Avropa Minifutbol Federasiyasının Baş Assambleyasında iştirak edib