
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul olunub.
29.04.2025-ci il tarixində II Liqada XXIII turun “Sheki City” – “Kür-Araz” oyununun 81-ci dəqiqəsində “Kür-Araz” klubunun 3 nömrəli futbolçusu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Kür-Araz” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
29.04.2025-ci il tarixində II Liqada XXIII turun “Sheki City” – “Kür-Araz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sheki City” komandası 100 manat cərimə edilsin (maddə 72.4);
30.04.2025-ci il tarixində II Liqada XXIII turun “Göygöl” – “Qusar” oyunu “Qusar” komandasının görüşə gec gəlməsi səbəbindən gec başladığı üçün “Qusar” komandası 150 manat cərimə edilsin (maddə 61.3);
30.04.2025-ci il tarixində II Liqada XXIII turun “Göygöl” – “Qusar” oyununun 90-cı dəqiqəsində “Qusar” komandasının 21 nömrəli futbolçusu Orxan Qurbanlı təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Qusar” komandası 300 manat cərimə edilsin (maddə 40.3);
30.04.2025-ci il tarixində II Liqada XXIII turun “Hypers Guba” – “Dinamo” oyununda “Hypers Guba” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Hypers Guba” komandası 70 manat cərimə edilsin (maddə 37)
30.04.2025-ci il tarixində II Liqada XXIII turun “Şəmkir” – “Araz Saatlı” oyununun 71-ci dəqiqəsində “Araz Saatlı” komandasının 44 nömrəli futbolçusu Ramiz Qasımov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz Saatlı” komandası 100 manat cərimə edilsin (maddə 41);
30.04.2025-ci il tarixində II Liqada XXIII turun “Şəmkir” – “Araz Saatlı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyi üçün “Şəmkir” komandası 100 manat cərimə edilsin (maddə 72.4);
30.04.2025-ci il tarixində II Liqada XXIII turun “Şəmkir” – “Araz Saatlı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəmkir” komandası 80 manat cərimə edilsin (maddə 51.2);
30.04.2025-ci il tarixində II Liqada XXIII turun “Şəmkir” – “Araz Saatlı” oyunu bitdikdən sonra “Şəmkir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir” klubu 150 manat cərimə edilsin (maddə 52.2);
25 aprel 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Səbail PFK-Qəbələ İK oyununda Səbail PFK komandasının heyətində N16 futbolçu Bəşir Əhmədov qarşılaşmanın 44-cü dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalansın (maddə 39.1);
25 aprel 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Səbail PFK-Qəbələ İK oyununda qarşılaşmanın 65-ci dəqiqəsində Qəbələ İK komandasının heyətində N7 futbolçu Hüseyn Xasməmmədlinin qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
20 aprel 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Çinar(Gəncə)-Hünər(Tovuz) oyununda Çinar(Gəncə) komandasının rəsmisi Elçin Quziryani qarşılaşmanın 51-ci dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 2 oyun cəzalansın (maddə 42.3);
27 aprel 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Şəmkir FK-Çinar(Gəncə) oyununda Çinar(Gəncə) komandasının baş məşqçisi Teymur Nəbiyev qarşılaşmanın 47-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyun cəzalansın (maddə 43.4);
01.04.2025-ci il tarixində keçirilən futzal üzrə Yüksək liqanın 16-cı turunun Araz Naxçıvan – Baku Fire oyununda Baku Fire komandasının oyunçusu Elvin Quliyev oyunun 28-ci dəqiqəsində söz və ya hərəkətlə etiraz səbəbindən bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
01.04.2025-ci il tarixində keçirilən futzal üzrə Yüksək liqanın 16-cı turunun Araz Naxçıvan – Baku Fire oyununda Baku Fire komandasının №4 oyunçusu Elvin Quliyev qırmızı vərəqə (ikinci sarı vərəqə) ilə meydandan qovulduqdan sonra oyunun bərpasına maneçilik törətdiyinə,oyun bitdikdən sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın (maddə 43.3);
01.04.2025-ci il tarixində keçirilən futzal üzrə Yüksək liqanın 16-cı turunun Neftçi İK İB – Şuşa oyununda Neftçi İK İB komandasının oyunçusu №10 Emil Həsənzadə oyunun 34-cü dəqiqəsində Təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 40.3);
01.04.2025-ci il tarixində keçirilən futzal üzrə Yüksək liqanın 16-cı turunun Neftçi İK İB – Şuşa oyununda Neftçi İK İB komandasının oyunçusu №11 Namiq Məmmədkərimovun oyunun 34-cü dəqiqəsində Təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 40.3).
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
- “Səbail”in legioneri: "Ümidimizi itirmirik, pozitiv düşünürük"
- I Liqa: Lider səfərdə uduzdu, “İmişli”dən inamlı qələbə - YENİLƏNİB
- Millimizin dünya çempionatındakı matçlarının təqvimi açıqlanıb
- Süni ot örtüyünün yenilənməsi işləri yekunlaşıb