AFFA I Liqa klublarını cəzalandırıb
23.12.2025 - 15:34
AFFA I Liqa klublarını cəzalandırıb

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, toplantıda I Liqanın XI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

17.12.2025-ci il tarixində I Liqada XI turun “Zaqatala” – MOİK oyununun 63-cü dəqiqəsində MOİK komandasının 5 nömrəli futbolçusu Nihad Qurbanlı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, MOİK komandası 300 manat cərimə edilsin (maddə 46);

17.12.2025-ci il tarixində I Liqada XI turun “Zaqatala” – MOİK oyununun 53-cü dəqiqəsində “Zaqatala” komandasının 9 nömrəli futbolçusu Habibu Abdurəşid ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Zaqatala” komandası 300 manat cərimə edilsin (maddə 44.1);

17.12.2025-ci il tarixində I Liqada XI turun “Zaqatala” – MOİK oyununda “Zaqatala” komandası legioner limitini pozduğuna görə “Zaqatala” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, “Zaqatala” komandası 1200 manat cərimə edilsin (maddə 50);

18.12.2025-ci il tarixində I Liqada XI turun “Şahdağ Qusar” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

18.12.2025-ci il tarixində I Liqada XI turun “Difai” – “Mingəçevir” oyununun 31-ci dəqiqəsində “Difai” komandasının 10 nömrəli futbolçusu Musa Musazadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Difai” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7).