
Almaniyanın Lörrax şəhərində “Future Leader in Football” 2025 (Futbolda Gələcək Liderlər) proqramı həyata keçirilib.
Apasport.az xəbər verir ki, DFB, Alman Beynəlxalq Əməkdaşlıq Agentliyi (GIZ) və “Volkswagen” tərəfindən təşkil olunan və 25 fərqli ölkədən qadın iştirakçıların qatıldığı proqramda AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin mütəxəssisi Nərmin Sidaliyeva da iştirak edib.
Proqramın təşkilində məqsəd gender bərabərliyi, qadın liderliyinin gücləndirilməsi və qadınların futboldakı rolunun artırılması olub.
Həmçinin iştirakçılara liderlik, strategiya qurmaq, sosial dəyişiklik təşviq etmək və beynəlxalq şəbəkə qurmaq bacarıqları öyrədilib.
Tədbirdə təqdimatçı kimi iştirak edən nümayişçi qonaqlar arasında UEFA-nın vitse-prezidenti Laura Makallister, Norveç Futbol Assosiasiyasının prezidenti Lise Klaveness, UEFA-nın Qadınlar Futbolu direktoru Nadine Kessler, eyni zamanda Aleksandra Popp və Cessika Libbertz kimi nüfuzlu şəxslər yer alıblar.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”