AFFA "Qarabağ", "Sabah" və "Araz-Naxçıvan"ı CƏRİMƏLƏDİ
25.09.2025 - 12:06
AFFA "Qarabağ", "Sabah" və "Araz-Naxçıvan"ı CƏRİMƏLƏDİ

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının V turunun matçları ilə bağlı qərarlar verilib.

20.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun “Sabah” – “Turan Tovuz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 2000 manat cərimə edilsin (maddə 99, 94, 57.2);

21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 28-ci dəqiqəsində “Araz-Naxçıvan” komandasının 5 nömrəli futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz-Naxçıvan” komandası 500 manat cərimə edilsin (maddə 17.7);
 
21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 60-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 5000 manat cərimə edilsin (maddə 52.5);