AFFA rəsmisi Avropa çempionatına təyinat alıb
04.07.2024 - 11:11

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov beynəlxalq təyinat alıb.
Apasport.az xəbər verir ki, o, qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Xorvatiya – Uels oyununun UEFA nümayəndəsi olacaq.
B Liqasının IV qrupu çərçivəsində Karlovats şəhərində yerləşən “Branko Çavloviç-Çavlek” stadionunda keçiriləcək qarşılaşma iyulun 12-də baş tutacaq.
Xorvatiya – Uels matçını ispaniyalı baş hakim Marta Huerta De Aza idarə edəcək.
- Bakıda UEFA-nın PRO kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib
- “Qarabağ” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb
- Azərbaycanda daha bir stadion təmirə bağlanır - EKSKLÜZİV
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
- Ehtiram Quliyev: "Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir"
0
0