AFFA "Sabah"ı CƏZALANDIRDI
08.05.2026 - 16:25
AFFA "Sabah"ı CƏZALANDIRDI

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Sabah" - "Qarabağ" matçı ilə bağlı cərimələr müəyyənləşib.

"Bayquşlar" ümumilikdə 12.200 manat dəyərində cəza ilə üzləşib.

22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sabah” komandası 2000 manat cərimə edilsin (maddə 86.3);

22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasının azarkeşləri olan hissədən meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” komandası 6500 manat cərimə edilsin (maddə 86.3);

22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sabah” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);