Afrikalı futbolçu Bakıya gəlib - “Neftçi”də oynamağa razılıq verib
01.11.2025 - 09:52
Afrikalı futbolçu Bakıya gəlib - “Neftçi”də oynamağa razılıq verib

“Neftçi” Fil Dişi Sahilindən olan İdrissa Dumbiyanı heyətinə qatmaqda israrlıdır.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “ağ-qaralar” 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalamaq niyyətindədir.

Mənbənin məlumatına görə, Dumbiya artıq Bakıya gələrək klub rəhbərliyi ilə danışıqlar aparıb. Futbolçu özü də “Neftçi”də oynamağa razılıq verib. 

Hazırda tərəflər danışıqlarda son mərhələyə çatıblar. Həmin detallar razılaşdırıldıqdan sonra rəsmi müqavilə imzalanacaq.

Əgər yekun razılıq əldə olunsa, yarımmüdafiəçi mövsümün sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atacaq.

Qeyd edək ki, azad agent statusuna malik İdrissa Dumbiya daha əvvəl “Anderlext”, “Axmat”, “Sportinq”, “Hueska”, “Alanyaspor” və “Əl-Əhli” kimi klublarda çıxış edib.