Amil Yunanov I Liqa klubundan ayrılıb - RƏSMİ
15.01.2026 - 18:28
Amil Yunanov I Liqa klubundan ayrılıb - RƏSMİ

Futbol üzrə Azərbaycan I Liqa təmsilçisi “Şəfa”da ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, komandanın hücumçusu Amil Yunanov klubu tərk edib.

Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Amil Yunanov ötən ilin yanvar ayından etibarən “Şəfa”nın formasını geyinirdi.