"Araz-Naxçıvan" "Konyaspor"la qarşılaşacaq
14.07.2025 - 10:12

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib.
Apasport.az xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı bu gün daha bir oyun keçirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Qırmızı-ağlar” Bakı vaxtı ilə saat 18:30-da Super Liqa təmsilçisi “Konyaspor”la qarşılaşacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi oyunla yekunlaşdıracaq.
0
0