“Araz-Naxçıvan” Super Liqa klubuna uduzub
14.07.2025 - 23:23
“Araz-Naxçıvan” Super Liqa klubuna uduzub

“Araz-Naxçıvan” bu gün “Konyaspor”la yoxlama oyunu keçirib.

Apasport.az xəbər verir ki, Ərzurumda baş tutan matç rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qırmızı-ağlar”ın heyətində Ramon Maçado fərqlənib.

“Araz-Naxçıvan” növbəti oyununu iyulun 17-də “Trabzonspor”a qarşı keçirəcək.