“Araz-Naxçıvan”da yeni müqavilə - RƏSMİ
07.07.2026 - 17:21
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi daha 2 il “qırmızı-ağlar”ın formasını geyinəcək.
O, 2023-cü ildən komandamızın heyətində yer alıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
0
0